Polşanın yeni baş nazirinin adı bəlli oldu

Polşa prezidenti Andjey Duda bu gün yeni Baş nazir təyin edib.
 
Sabahinfo.az xəbər verir ki, yeni Baş nazir xanım Beata Şidlodur. Beata Şedlo 2005-ci ildən Hüquq və Ədalət Partiyasının üzvü, partiya sədrinin müavinidir.
 
Xəbər verdiyimiz kimi, ötən gün xanım Yeva Kopaçın baş nazirlik etdiyi hökumət Vətəndaş Platforması Partiyasının 25 oktyabrda keçirilən parlament seçkilərində məğlubiyyətindən sonra istefa vermişdi.