Qalib xalq Müzəffər Liderinin yanındadır

Xəzər rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində Mərdəkan, Zirə, Şağan seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra “Qalib xalqın, qalib Lideri-Prezident İlham Əliyev!” adlı videoçarx nümayiş olunub.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Tahir Rzayev, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev və Müşviq Əliyev çıxış ediblər. Natiqlər seçicilərin 7 fevral tarixində dövlət və dövlətçiliyimiz üçün taleyüklü siyasi prosesdə ən aktiv formada iştirak edəcəklərinə inandıqlarını bildirib və bütün seçiciləri ölkəmizin işıqlı sabahına səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində hər zaman olduğu kimi, fevralın 7-də də qalib Liderin yanında olacaqlarını qürurla bəyan ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.