Qızılın bugünkü qiyməti

Amerika fond bazarında Dow Jones indeksi 0,10% - 18 029,85 bəndədək, S&P 500 0,03% - 2 099,68 bəndədək azalıb, NASDAQ 0,14% - 4 906,36 bəndədək artıb.  Avropa fond bazarlarında FTSE 100 indeksi 0,00% - 6 898,08 bəndədək ucuzlaşıb, Fransa CAC-40-ı 0,95% - 4 799,03 bəndədək, Almaniya DAX-ı isə 0,60% - 10 961,00 bəndədək bahalaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,47% - 18 284,69 bəndədək, Hang Seng 0,19% - 24 832,08 bəndədək, Shanghai 0,76% - 3 246,91 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyası 14,80 dollar bahalaşaraq 1 215 dollara, gümüş isə 0,34 dollar bahalaşaraq 16,61 dollara satılıb.