Qubada külli miqdarda narkotik vasitə aşkarlandı

Quba rayonunda külli miqdarda narkotik vasitə aşkarlanıb.

Sabahinfo.az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı Seymur Hacıyev saxlanılıb.

Həmin şəxsdən ümumilikdə 4 kiloqramdan 242 qram marixuana və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə S.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.