“Rus pilotun cəsədi bizə təslim edildi” - Davudoğlu

Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüssel səfərindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Sabahinfo.az xəbər verir ki, baş nazir həyatını itirən rus pilotun onlara təslim edildiyini bildirib:

"Rus pilotun cəsədi bizə təslim edildi. Ortodoks din xadimləri tərəfindən öz dini ənənəsinə uyğun lazımı addımlar atıldı. Cəsəd Rusiyaya təslim ediləcək. Sözügedən olayın məsuliyyətini Türkiyə tərəfinə atmaq olmaz. Bu beynəlxalq hüquqa ziddir. Türkiyə hava sərhəddi Rusiya döyüş təyyarələri tərəfindən dəfələrlə pozulub”.