Rusiyanın "sübutlar"ı: Almaniya da Putini təkzib etdi

Türkiyənin İŞİD-dən neft aldığını iddia edən Rusiyaya ABŞ-dan sonra növbəti cavab Almaniyadan gəlib.
 
Sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Savsan Çebli Suriya lideri Bəşər Əsədin İŞİD-dən böyük həcmdə nefti aldığı barədə dəlillər və sənədlərə sahib olduğularını vurğulayıb.
 
O, Türkiyənin İŞİD-dən neft aldığına dair məlumatlara sahib olmadıqlarını deyib.
 
Qeyd edək ki, Rusiya Su-24 bombardmançı təyyarəsinin vurulmasından sonra davamlı olaraq Türkiyə İŞİD terror qruplaşmasından neft almaqda ittiham edir. Putin son olaraq Parisdəki Qlobal İqlim Zirvəsi çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib ki,  Su-24 bombardmançı təyyarəsi İŞİD terror qruplaşmasının çıxardığı neftin çatdırılmasının təmin olunması üçün Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulub.
 
"Rusiya informasiya alıb ki, terrorçular tərəfindən nəzarət edilən yataqlardan çıxarılan neft sənaye miqyasında Türkiyəyə daşınır”, - Putin deyib.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Putinə cavabında ABŞ Maliyyə Nazirliyinin açıqladığı siyahını xatırladıb. Ərdoğan söyləyib ki, İŞİD-dən neft alan adamın Rusiya və Suriya vətəndaşlığının olması ABŞ tərəfindən də açıqlanıb. 
 
ABŞ Maliyyə Nazirliyi noyabrın 25-də açıqladığı bir məlumatda Bəşər Əsəd rejiminin İŞİD-dən neft aldığını bildirib.
 
Amma əsas məsələ ticarətdə vasitəçi olan şəxsin Suriya və Rusiya vətəndaşı olmasıdır. O, Suriya əsilli Corc Hasvanidir.