Şavkat Mirziyoyev Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Şavkat Mirziyoyevin Mətbuat Xidməti məlumat verib.

Bakıdakı proqrama uyğun olaraq, məhdud və geniş tərkibdə ən yüksək səviyyədə danışıqlar aparılacaq.

Həmçinin, Füzuli və Şuşa şəhərlərinə birgə səfərlər, eləcə də digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.