“Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyi Azərsun Holdinqin dəstəyi ilə 50 şəhid ailəsinə sovqat paylayıb. Qarşıdan gələn Qurban Byaramı münasibəti ilə təşkil olunan tədbirdə Yasamal rayonundan olan 50 şəhid ailəsi iştirak edib. Tədbir zamanı çıxış edən Şəhid ailələrinə maddi və mənəvi dəstək İctimai Birliyinin sədri Nəzakət Həsənova göstərdiyi dəstəyə görə Azərsun Holdinqin rəhbəri Ahmed Gözala minnətdarlığını bildirib.
Qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsidir. Birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Vətəndaş cəmiyyəti olaraq şəhid ailələrinin maarifləndirilməsi, onların problemlərinin həllinə dəstək və bayram günlərində şəhid ailələri ilə birgə tədbirlərin təşkili baxımından rəhbərlik etdiyi təşkilatın gördüyü işlərdən danışan N.Həsənova bildirdi ki, həyata keçirilən bu kimi tədbirlərdə bir sıra qurumlarla əməkdaşlıq edir. İstər Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi istər Yasamal Rayon İcra Hakimiyəti istərsə də özəl sahənin nümayəndələri hər zaman təşkilata dəstk olurlar.
Sonda tədbir iştrirakçılarına bayram sovqatları paylanılıb.











