14 saylı seçki dairəsindən bir qrup seçicimizlə görüşdük. Onları narahat edən məsələlər, problemlər barədə danışdıq. Bir çox məsələləri yerindəcə həll etmək üçün tədbirlər görüldü. Qaldırılan bəzi məsələlərin həlli istiqamətində qanunvericiliyin imkan verdiyi səlahiyyətlər çərçivəsində bütün mümkün addımlar atılacaq. Vətəndaşlarla hər bir ünsiyyət, müzakirə olduqca maraqlı və səmərəlidir. Təəssüf ki, COVİD-19 pandemiyasının yaratdığı məhdudiyyətlər müəyyən planlarımızı təxirə salmağa səbəb oldu. Ümid edirəm ki, bundan sonra seçicilərlə görüşləri əvvəlcədən nəzərdə tutulmuş qrafik üzrə mütəmadi təşkil etmək mümkün olacaq.
Soltan Məmmədov
Milli Məclisin deputatı
