Şolts: “Almaniya Yaxın Şərq münaqişəsində yalnız İsrailin tərəfində mövqe tuta bilər”

“Almaniya Fələstin-İsrail münaqişəsində yalnız İsrailin tərəfində mövqe tuta bilər”.

Bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda Yaxın Şərqdəki vəziyyətlə bağlı hökumət bəyanatı ilə çıxış edərkən deyib.

“Hazırda Almaniyanın yalnız bir mövqeyi var: bu da İsrailin yanında olmaqdır”, - deyə Şolts bildirib.

Eyni zamanda o, İsrailin təhlükəsizliyinin bərpa edilməli və buna görə də İsrailin özünü müdafiə edə bilməli olduğunu vurğulayıb.

“Biz açıq şəkildə bildiririk ki, beynəlxalq hüquqa əsasən, İsrail özünü və vətəndaşlarını bu vəhşi hücumdan müdafiə etmək hüququna malikdir”, - deyə Almaniya kansleri bildirib.

Şolts, həmçinin qeyd edib ki, üçüncü qüvvələrin, o cümlədən “Hizbullah”ın İsrailə hücumu bağışlanılmayacaq bir səhv olacaq.