“Soyqırım həqiqətlərinin tanıdılması” İctimai Birliyi Anım Günündə Fəxri Xiyabanda şəhidlərin məzarını ziyarət edib

Soyqırım həqiqətlərinin tanıdılması” İctimai Birliyinin üzvləri 27 sentyabr Anım Günü münasibəti ilə Zəfər qəhrəmanlarının məzarlarını ziyarət edib.

“Vetenqehremanlari.az”ın məlumatına görə birlik üzvləri Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar. Ziyarət zamanı “Soyqırım həqiqətlərinin tanıdılması” İctimai Birliyi sədrinin müavini Ayşən Hüseynova şanlı Azərbaycan Ordusunun göstərdiyi şücaətdən söz açıb. Bildirib ki, əldə olunan qələbə Azərbaycan xalqının tarixində qızıl həriflərlə yazıldı: “Başda Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla, Müzəffər Ordumuz həyata keçirdiyi hərbi əməliyyatlarla bizə uzun müddət gözlədiyimiz, həsrətində olduğumuz qələbə sevincini yaşatdı. Müharibə zamanı şəhid olan oğullarımız Xocalı, Ağdaban kimi soyqırımlarının eləcə də General polkovnik Polad Həşimov, digər şəhid və qazilərimizin qisasını alındı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir”.​

A.Hüseynova onu da qeyd edib ki, dəmir yumuruq düşmənin məhv olunmasında xüsusi rola malikdir: “Bu dəmir yumuruq bizim birliyimizdir. Xalq-Ordu birliyidir. Bu birlik bizi qələbəyə apardı. Bu birlik bizə qələbə sevincini yaşatdı. Cənab Prezidentin qətiyyəti sayəsində Azərbaycana qarşı nəinki cəbhədə eyni zamanda beynəlxalq arenadan olan təhdid və tizyiqlərin qarşısı məharətlə alındı”.​

A.Hüseynova onu da bildirib ki, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşıb: “Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! ”.