Spiker: “Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq”

Milli Məclisin Sədri Sahibə Qafarova 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı “Twitter” səhifəsində paylaşım edib.

Sabahinfo.az xəbər verir ki, paylaşımda deyilir:

“1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı uğrunda canlarından keçən həmvətənlərimizin - 20 Yanvar faciəsinin günahsız qurbanlarının ruhları qarşısında baş əyir, əziz xatirələrini dərin ehtiramla anırıq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaqdır”.