Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir

Dekabrın 10-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 65 №-li tam orta məktəbdə Zığ qəsəbəsinin sakinləri ilə görüşüb. 

Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.

RİH başçısı Adil Əliyev çıxış edərək ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən bəhs edib. Bildirib ki, son illər ərzində icra olunan genişmiqyaslı sosial layihələr və dövlət proqramları əhalinin rifah halının yaxşılaşdırılmasına, sosial təminatın gücləndirilməsinə və vətəndaşların həyat şəraitinin yüksəldilməsinə xidmət edir.

Səyyar görüş zamanı Zığ qəsəbə sakinləri müxtəlif məsələlərlə bağlı müraciətlərini və təkliflərini səsləndiriblər. Qaldırılan problemlərdən araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib və nəzarətə götürülüb.