Suya görə yol kəsən biləsuvarlıları CƏRİMƏLƏDİLƏR

Dünən Biləsuvarda su problemi ilə əlaqədar icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edən şəxslərə cəza verilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Yuxarı Cürəli və Təzəkənd kəndlərinin bir qrup sakini küçəni bağlamağa cəhd edərkən polisin xəbərdarlığına riayət etməyən və ictimai qaydanı pozan bir neçə şəxs şöbəyə gətirilib.

Aksiya zamanı 4 nəfər saxlanılıb, onlar barəsində toplanan materiallar Biləsuvar rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə İsmayıl Məmmədov İnzibati Xətalar Məcəlləsinin 513-cü (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması), 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama), Cəmaləddin Əliyev 535-ci maddələri ilə təqsirli bilinərək hər biri barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Digər iki nəfər isə 510-cu (Xırda xuliqanlıq) maddə ilə 50 manat miqdarında cərimə olunub.