Taliban Ağ Evdən razılıq alıb

Türkiyənin Əfqanıstandan qoşunlarını çıxarması gözlənilmir, çünki ona qarşı hər hansı aqressiv davranış sərgilənmir.

Bu barədə Türkiyə-Əfqanıstan parlamentlərarası dostluq qrupunun üzvü İbrahim Aydın deyib.

O bildirib ki, hazırki Taliban 20 il öncə Əfqanıstanı idarə etmiş qruplaşmadan kəskin fərqlənir:

“Taliblər özləri də inanmırdılar ki, belə sürətlə Əfqanıstanı ələ keçirə bilərlər. Hesab edirəm ki, Talibanın hakimiyyətə gəlişi Əfqanıstanın istefa vermiş Prezidenti Əşrəf Qəni və ABŞ-la hər hansı şərtlər daxilində razılaşdırıb. Düşünürəm ki, hərbçilərini geri çəkmək qərarına baxmayaraq, Əfqanıstan indi ABŞ-ın nəzarəti altındadır. Vaşinqton hər hansı vəsait xərcləmədən ölkəni nəzarətdə saxlamağı hədəfləyir”.