Təmraz  Tağıyev: “Bu artımı qənaətbəxş hesab etmirik”

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə Nərimanov Bələdiyyəsində yerli vergilərinin yığımında 34 faizlik artım müşahidə olunub”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev deyib.

Bələdiyyənin  vergi yığımındakı artımda Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun  və Azərbaycan Milli  Bələdiyyə Assosiasiyalarının təşkilatçılığı əhəmiyətli rolu olub.

Sədr bildirib ki, son illərdə BAMS-ın ƏMDX məlumat sisteminə qoşulması, habelə SMS xidmətinin tətbiq edilməsi nəticə etibarı ilə Nərimanov Bələdiyyəsinin yerli vergi yığımının həcminə əsaslı şəkildə təsir etsə də, bu artımı hələ də qənətbəxş hesab etmirik. Bizim vergi yığımı ilə bağlı potensialımız böyükdür. Və bu gün bələdiyyənin vergi xidməti bütün qüvvəsini səfərbər edərək növbəti ildən daha böyük artıma nail olmaq üçün strateji proqram üzərində işi başa çatdırıb.

Bü günlərdə bələdiyyə iclasında müzakirə edilən növbəti ilin büdcə layihəsində də bu məqamlar nəzərə alınıb.

İnteqrasiyanın verdiyi imkandan, habelə BAMS-ın tətbiq etdiyi yeniliklərdən düzgün şəkildə istifadə etməklə, habelə vergi-uçot  sisteminin müasir tələblər səviyyəsində təkmilləşdirməklə növbəti ildə  daha böyük uğurlara imza atmaq fikrindəyik.