Türkiyə helikopterini Rusiya raketi ilə vurublar

PKK terrorçusu helikopterə "İqla”dan atəş açır.

Türkiyənin cənub-şərqində PKK- ilə türk silahlı qüvvələri arasında şiddətli döyüşlər davam edir. Türkiyə silahlı qüvvələrinin Baş qərargahının yaydığı məlumata əsasən mayın 15-də Şırnakda gedən döyüşlərdə türk ordusu daha 7 əsgərini itirib, PKK-çılar eyni vaxtda dörd istiqamətdən Türkiyə ordusunun mövqelərinə hücum etdiyi bildirilir. PKK-çıların da çoxsaylı itkilərə məruz qaldığı açıqlanıb.

Sabahinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, mayın 13-də gedən döyüşlərdə isə Türkiyə silahlı qüvvələri "Kobra” tipli döyüş helikopterini itirib. Baş qərargah vertolyotun "texniki nasazlıq” üzündən qəzaya uğradığını, iki pilotun həlak olduğunu bildirir.