Türkiyədə mədən çökdü

Türkiyənin Zonquldak bölgəsinin Ereğli rayonunda mədəndə çökmə baş verib.

Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgəyə təcili AFAD, səhiyyə, polis və xilasetmə qrupları sövq edilib.

Hadisə ilə bağlı açıqlama verən Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib ki, içəridə 280 nəfər var, 4-ü xəsarət alıb: “Biri sağ xilas edilib, 1 nəfər ağır yaralanıb. İki nəfərin səs eşidilir. 75 nəfərlik komanda ilə xilasetmə işlərinə başlanılıb”.