Türkiyənin sabiq prezidenti Kenan Evren vəfat edib

Sabahinfo.az – ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, 98 yaşlı sabiq prezident orqan çatışmazlığı səbəbilə Ankara Gülhanə Tibb Akademiyasında (GATA) müalicə alırdı.

Səhhəti pisləşən K.Evrenin süni nəfəs aparatına qoşulduğu bildirilirdi.

Məlumat üçün bildirək ki, Kenan Evren Türkiyənin yeddinci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı imperiyasında doğulmuş sonuncu prezident kimi tanınır.

O, 1980-ci il sentyabrın 12-də hərbi çevriliş yolu ilə hakimiyyətə gəlib, 1982-ci ildə yeni Konstitusiyanın qəbul edilməyindən sonra rəsmi olaraq prezident seçilib.