“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2025-ci il tarixindən “Ucqar rayonlarda yeni texnologiyaların tətbiqi” layihəsinin icrasına start verib.Qeyri hökumət təşkilatından verilən məlumata görə, layihə 3 ay müddətində (01 iyun-31 avqust 2025-ci il) icra olunacaq.
Layihə, Azərbaycanın ucqar dağ rayonlarından biri olan Lerikdə həyata keçiriləcək.
Layihənin məqsədi yeni informasiya texnlogiyalarından xəbərsiz olan gənclərin maarifləndirilməsinə çalışmaqdır. Eyni zamanda müvafiq yaş qrupları arasında əyani təbliğat vasitələrindən istifadə etməklə bu məlumatsızlığın aradan qaldırılmasına yardımçı olmaqdır.
Layihənin vəzifəsi təşkil ounacaq təlimlər vasitəsilə gənclər arasında kompüter biliklərini təşviq etmək,müasir gəncliyin həyata baxışını dəyişməyə çalışmaq,onların cəmiyyətə fayda verə biləcək işlərin təbliğinə səy göstərməkdən ibarətdir.
Layihə çərçivəsində gənclərə kompüter texnologiyası üzrə ofis proqramları – Microsoft windows, word, kompüter qrafikası proqramları – Design-Adobe Photoshop,Figma-Adobe Illustrator, Photo editing-Adobe Lightroom,Video editing-Adobe Premiere Pro,Adobe After Effect-Davinci Resolve,Corel draw və digər proqramlar öyrədiləcək.Təlimlərin başa çatdıqdan sonra daha fəal olan gənclərə Sertifikatlar veriləcək.
Bu gün texnologiyanın sürətli inkişafı ilə birlikdə uşaqları və gəncləri gələcək karyeralarına hazırlamaq getdikcə daha çox əhəmiyyət kəsb edir. Artıq təkcə ənənəvi təhsil metodları yetərli deyil və uşaqlar rəqabətli dünyada uğur qazanmaq üçün yeni bacarıqlar əldə etməlidirlər.Layihə həssas təbəqədən olan 14-17 yaş arası uşaqları və gənclərı yenilikləri təşviq etməyə və yeni texnologiyalar vasitəsi ilə biliklərinin artırılmasına sövq etməyi hədəfləyir. Kompüter və yeni texnologiyalardan düzgün istifadə nəticəsində uşaq və gənclər müxtəlif biliklərə yiyələnəcək və onların dünyagörüşlərinin inkişafında faydalı olacaq.