"WhatsApp"da yazışmaları gizlətmək mümkün oldu

"WhatsApp" növbəti yeni funksiyasını təqdim edib.

Sabahinfo.az-ın məlumatına görə, artıq istifadəçilər istədiyi şəxslərlə yazışmalarını gizlədə bilərlər.

Söhbət kilidi adlanan funksiyadan yararlanmaq üçün "Face ID" və ya barmaq izi üsullarından birini seçmək kifayətdir.

Kilidlənmiş söhbətlər qovluğu mesencerin yuxarı hissəsindəki pəncərədə yerləşir. Buraya daxil olaraq istədiyiniz zaman yazışmanının kilidini aktiv və ya deaktiv edə bilərsiniz.