Xalq möhtəşəm uğurların davamına səs verəcək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Qusar rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, təşviqat qrupunun üzvləri Pərviz Məhsimov və Natəvan Butayeva çıxış ediblər. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar.

Seçicilər fevralın 7-də xalqın etimadını qazanan Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.