XİN başçıları arasında geniş tərkibli görüş keçirildi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə arasında geniş tərkibli görüş keçirilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Macarıstan arasında ikitərəfli strateji tərəfdaşlıq, regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Ölkələrimiz arasında strateji dialoqun ilk iclası keçirilib.