Yasamalda “İnsan alveri...Ümumbəşəri bəla adlı tədbirlərin təşkili” adlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-inin həyata keçirdiyi “İnsan alveri...Ümumbəşəri bəla adlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Yasamal Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə AD Pedaqoji Kollecində mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə QHT üzvləri,  kollecin müəllim və tələbə kollektivi, RİH-in məsul əməkdaşı iştirak edib.

Maarifləndirici tədbirdə Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Mehriban Abdullayeva çıxış edərək bildi ki, layihənin məqsədi İnsan Alveri ilə dövlətimizin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərmək, gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır. Qeyd edildi ki, maarifləndirici layihənin keçirilməsində əsas məqsəd İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə, əsasən də gənclər arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma işini həyata keçirməkdir .

Sonda mövzu ilə bağlı kollecin müəllim və tələbə kollektivini maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitablar paylanılıb.