Bakının Yasamal rayonu, Mətbuat prospektində yol nəqliyyat hadisəsi baş verib. Zəncirvari şəkildə qeydə alınmış yol nəqliyat hadisəsinə ilk olaraq "Mersedes” markalı avtomobil şərait yaradıb. Avtomobil Mətbuat prospekti ilə Mikayıl Müşfiq küçəsi istiqamətində yüksək sürətlə hərəkətdəymiş. Ancaq sürücünün qəfildən idarəetməni itirməsi hər şeyin nöqtəsini qoyub. Nəticədə nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan "Volkswvagen” markalı avtomobilə, o da öz növbəsində xanım sürücünün sükanı arxasında olduğu "KIA” markalı avtomobilə çırpılıb. Baş vermiş avtoqəzada xəsarət alan olmasa da, nəqliyyat vasitələri ciddi ziyan görüb. Yol qəzasından sonra prospektdə tıxac da yaranıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.