"YAŞAT" daha bir Vətən müharibəsi əlilinin tibb xərclərini qarşılayıb

Vətən müharibəsi əlili, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunan Nurlan Vəliyevin tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Bu barədə Sabahinfo.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.