“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihə davam edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Təbiətə valeh olanlar” layihəsi həyata keçirilir. Kitabxananın fəxri oxucuları yeni əsərlərini kitabxanaya təqdim edirlər.

Növbəti hekayə heyvanat aləmində xüsusi yeri olan itlərə həsr olunub. Kitabxananın Fəxri oxucusu, yazıçı, publisist, AYB-nin və AJB-nin üzvü, M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Xanım Mehdixanlı “Dünya hamımıza çatar” hekayəsində heyvanlara sevgini kiçikyaşlı  uşaqlara aşılayır. Uşaqların ilk tanış olduğu heyvanlardan biri də itlərdir. Küçələrdəki sahibsiz itlərə münasibət birmənalı olmadığı üçün yazıçı uşaqların diqqətini bu həssas mövzuya cəlb edir. Son illər ölkəmizdə “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin  yaradılması nəticəsində sahibsiz itlərin insanlar üçün təhlükəsiz olması məqsədi ilə onları peyvəndlənib küçələrə qaytarılması prosesinə başlanılıb. Hekayədə işıqlandırıldığı kimi əvvəllər sahibsiz itlər məhv edilirdilər. Müəllif bu cür qeyri-insani münasibətə qarşı çıxış edir və kiçikyaşlı oxuculara canlılarla mərhəmətli davranmağı, təbiətə qayğı ilə yanaşmağı tövsiyə edir.
“Dünya hamımıza çatar” hekayəsi