Yeganə və dəyişilməz seçim cənab İlham Əliyevdir

Göygöl rayonunda seçicilərlə fərdi görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Göygöl rayonundan olan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə, eləcə də Xaqani kəndində və Qızılqaya qəsəbəsindən olan seçicilərlə fərdi görüşlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Azadxan Haqverdiyev, Ofelya Rəhimova və Dilarə Mövlayeva  çıxış ediblər. Çıxışçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən danışıb, dövlət başçısının ölkəni inkişafdan tərəqqiyə, tərəqqidən Zəfərə çatdırdığını diqqətə çatdırıb, qədirbilən xalqımızın Prezident İlham Əliyevə hər zaman etimad göstərməklə ölkəmizdə görülən misilsiz işləri, uğurlu daxili və xarici siyasəti, peşəkar idarəçiliyi yüksək qiymətləndirdiyini söyləyiblər.  

Şəhid ailələrini və müharibə iştirakçılarını təmsil edən seçicilər də 7 fevralda  yeganə seçimlərinin cənab İlham Əliyevin olacağını bəyan ediblər.