Yenə payız gəlir....

 

 

 

 

Yenə payız gəlir,yenə qəm ,kədər

Yenə cansızlaşır ana tebiət .

Hicran yagışları,soyuq kuləklər

Vida nəğməsinə bürünür aləm .

Yenə payız gəlir, arxada sərt qış,

Döyəcək qapımı yenə tufan ,qar,

Yenə də vahimə ,qorxu ,hayqırış

Ah,niyə bu qədər gecikir bahar?

Yenə payız gəlir ,quşlar köç edir,

Gizlədir təbiət dərdi ,sərimi.

Durna qatarında gedir sevgilim

Durnaya nə var ki, dönəcək geri .

Bir həzin nəğməli yar itirirəm

Qanı damarımdan ayrı üşüyür.

Ömrün payızını istəmirəm mən

Tökülən hər yarpaq ömrümdən düşür.........

Duyğu