Möhtərəm Cənab Prezident İlham Əliyevin ABŞ-da Sülh Şurası çərçivəsində iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin və etibarlı tərəfdaş kimi qəbul olunduğunun növbəti təsdiqidir. Səfər çərçivəsində verilən mesajlar, göstərilən münasibət və aparılan görüşlər Azərbaycanın qlobal proseslərin fəal iştirakçısına çevrildiyini bir daha nümayiş etdirir.
ABŞ Prezidenti Donald Trampın dövlət başçımıza münasibətində hörmət açıq şəkildə hiss olunur. Sözügedən münasibət iki lider arasındakı şəxsi qarşılıqlı sayğı və Azərbaycan dövlətinə, onun müstəqil siyasətinə və regionda yaratdığı yeni reallıqlara verilən qiymətin bariz nümunəsidir. Azərbaycan öz sözünü deyən, milli maraqlarını qətiyyətlə müdafiə edən və eyni zamanda beynəlxalq əməkdaşlıq üçün açıq dövlətdir. Vaşinqtonda göstərilən münasibət də məhz reallığın qəbul edildiyini təzahürüdür.
Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol, nəqliyyat-kommunikasiya layihələri, yaşıl enerji təşəbbüsləri və regional sabitlik naminə atdığı addımlar ölkəmizi qlobal gündəmdə mühüm aktora çevirib. ABŞ kimi böyük gücün bu proseslərdə Bakını etibarlı tərəfdaş kimi görməsi və ölkə başçımız Cənab İham Əliyevlə dialoqa xüsusi önəm verməsi ölkəmizə verilən dəyərin göstəricisidir.
Azərbaycan öz maraqlarını qoruyan, eyni zamanda regionda sülh və əməkdaşlıq üçün təşəbbüslər irəli sürən ölkə kimi çıxış edir. Möhtərəm Cənab Prezident İlham Əliyevin beynəlxalq platformalarda sərgilədiyi qətiyyətli və praqmatik mövqe Azərbaycanın nüfuzunu möhkəmləndirir, ölkəmizin çəkisini artırır.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri.