“Güzəran” Sosial araşdırmalar ictimai birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yol hərəkəti təhlükəsizliyinin təşviqi" layihəsini icra edir. Layihənin məqsədi yol hərəkəti qaydalarının təbliği ilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılmasıdır.
Layihənin ideyası yol hərəkəti təhlükəsizliyinə dair onlayn maarifləndirmə ilə yol hərəkəti təhlükəsizliyinə münasibətin dəyişməsi, yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin yüksəldilməsinə nail olmaqdır.
Uşaqların son zamanlar sosial mediya və animasiyalara artan marağını nəzərə alaraq onların diqqətinə layihə heyəti tərəfindən hazırlanmış animasiyalar təqdim ediləcək.
Nəticə olaraq "Nişanlar Dünyasında Səyahət" və "Zəka və Zərrə Məktəbə gedən yolda" adlı 2 animasiya hazırlanaraq sosial şəbəkələrdə yayımlanacaq.
Animasiyalar vasitəsi ilə yol hərəkəti mədəniyyətinin artırılmasına yardım göstərilməsinə əhəmiyyətli töhfə vermək mümkün olacaq. Eyni zamanda maarifləndirici animasiyalar bu sahədə Azərbaycan hökumətinin səylərinə töhfə vermək və vətəndaş cəmiyyətini bu işdə daha fəal iştiraka təşviq etməklə daha səmərəli nəticələr əldə edilməsinə zəmin yaradacaq.