"Zelenski hələ sülh planını oxumayıb" - Tramp

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin sülh sazişi layihəsini hələ də nəzərdən keçirməməsindən məyus olduğunu bildirib.

Sabahinfo.az xəbər verir ki, o, bu bəyanatı Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzində keçirilən mərasimdə verib.

"Zelenskinin hələ təklifi oxumadığına görə bir az məyus oldum",-  deyə Amerika lideri bildirib. 

Onun sözlərinə görə, Ukrayna prezidentinin ətrafı Vaşinqtonun təklifindən çox razı qalıb.

Dekabrın 2-də Zelenski Kiyev və Vaşinqtonun 20 bəndlik sülh planı hazırladığını açıqlayıb. Onun sözlərinə görə, Ukrayna və ABŞ amerikalıların təklif etdiyi ilkin “yol xəritəsini” 20 bəndlik plana yenidən baxıblar.