Zirəddinin 2024 proqnozu: Fəlakətlər, Ukraynada sülh...

Qarşıdan gələn il tektonik hərəkətlər, teraktlar ilidir. Konkret ölkə deməyəcəm, ancaq güclü yeraltı təkanlar olacaq, dünyada təbii fəlakətlər çoxalacaq. 2024-cü ildə dünyanı lərzəyə gətirəcək partlayış baş verəcək.

Sabahinfo.az xəbər verir ki, bu sözləri tanınmış ekstrasens Zirəddin Rzayev deyib.

“2024-cü ildə baş verəcək fəlakətlər mənə atom bombasının partlayışını xatırladır. Amma deyə bilərəm ki, bu, nüvə silahı deyil, o effektə malik təbii vulkan püskürməsi, yaxud asteroidlə bağlıdır”, - o bildirib.

Rusiya-Ukrayna məsələsinə toxunan Zirəddin Rzayevin sözlərinə görə, bu müharibənin həlli ilə bağlı inkişaf gözlənilir:

“Bu qarşıdurma 2024-ci ildə ya tamamilə bitəcək, ya da dondurulacaq. Ancaq qələbə Rusiyanın xeyrinədir”.

O, Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində gələn il müsbət addımların atılacağını vurğulayıb:

“2024-2026-cı illər sülh müqaviləsinin imzalanması üçün ən uğurlu zamandır”.

Onun proqnozuna görə, növbəti il texniki və tibbi tərəqqi gözlənilir.

Eyni zamanda, ekstrasens müxtəlif növ virusların yayılacağını gözlədiyini də qeyd edib./axar.az