Ayxan Ədilzadədən yeni bir yazı daha- Yıxılmaq...

Salam dostlar, necəsiniz?  Qısa aradan sonra yenə mən qarşınızdayam. Ümid edirəm hər biriniz yaxşısınız. Mən bu gün sizə yıxılmaq haqqında danışmaq istəyirəm.  Elə isə gəlin bugünkü mövzumuza baxaq. Bu gün yıxılmaq, yıxılmağın yaxşı və pis tərəfinə baxacağıq. Yıxılmağın yaxşı tərəfi dedikdə, necə yəni yıxılmağın yaxşı tərəfi var deyə bilərsiniz. Mənim dediyim isə fərqlidir. Məsələn, varlı bir insanın pul mənbəyi olan şirkətinin maşınlarından birində narkotik maddəyə rast gəlinir və adam həbs edilir. Bu zaman həmin insan məcazi mənada da olsa, yıxılır. Bura kimi oxuduqlarınızda hələ ki yaxşı bir şey yoxdur. Adamın maşınlarında narkotik çıxır adam, həbsə düşür. Yəni hələ ki yaxşı bir şey yaşanmayıb, amma indi stəkanın boş yox, dolu tərəfindən baxaq. Adam həbsə düşdü, çıxdı deyək. Ağlıma yenidən bir fikir gəldi. Adam yenidən populyar oldu. Məsələn, buna real həyatdan nümunə versək, türk milyonçusu Acun Ulucalı cavanlığında kasıb olub, anasını, atasını itirib, amma özünü dirçəldib. İndi adamın kanalı var, bu insanlar qabaqlarına məqsəd qoyub o məqsədin üzərində qərarlı adımlar atıblar. Biz insanların yüzdədoxsanının yıxılmaq dedikdə ağlına gələn o mənaya indi yıxılmaq dedikdə ayağı ilişdikdə, nə bilim fikirli olanda ayağı burxulub yerə düşməsi indi tiktokda yəqin bir çoxunuz görər, bataqlıqda batan bir insan və ətrafında olan insanların əlində telefon həmin adama kömək etmək yerinə onun şəkilini çəkirlər. İnsanların bir- birinə olan ünsiyyəti, əslində, həmin yıxılan adamlamdan aslıdır. Məsələn, hamıya pislik edən bir insanla yaxşılıq edən bir insanın arasında bir neçə fərq vardır. Pis olan insan məktəbdə və yaxud başqa bir yerdə yıxılsa, ona ya heç kim kömək etməyəcək, ya da etsələr də böyük ehtimalla istəmədən edəcək. Amma yaxşı olan insan hansısa bir yerdə yıxılsa, ona kim kömək etsə, ürəklə edəcək. Mən yenə də deyirəm, bu dediklərimin hamısı əhatə dairəsindədir. Mən bir də demək istəyirəm ki, çalışın qarşılıq gözləmədən hər kəsə yaxşılıq edin. Çünki sizin pulunuz olmayanda sizi görən yaxşılıq etdiyiniz insanlardan biri belə də olsa əgər vicdanı varsa, sizə kömək edəcək. Mənim deyəcəklərim bu qədər. Hər kəsə minnətdaram. Çox sağ olun, özünüzə yaxşı baxın. Bir sonrakı yazıya qədər sağ olun.