“Qarabağda da Novruz bayramının qeyd olunması xalqımızı qürurlandırır”  

 “Xalqımız ən əziz bayramı olan Novruz günlərini yaşayır. Novruz sülhü və tolerantlığı tərənnüm edən bayramdır. Qeyd edək ki, Novruz bayramı 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan edilib”. Bu fikirləri saytımıza Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova bildirib.
Səadət Məhərrəmova deyib ki, artıq Qarabağda da Novruz bayramının qeyd olunması xalqımızı qürurlandırır: “İşğaldan azad olunan rayonlarımızda Novruz tonqalları yandırlır. Artıq üç ildir Prezident İlham Əliyevin Qarbağda Novruz tonqalını alovlandırır və xaqlımızı birbaşa olaraq oradan təbrik edir. Bu il Novruz bayramında cənab Prezident, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində oldular. Dövlətimizin başçı  Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik edərək bildirdi ki, Azərbaycan xalqına Novruz təbriklərini üçüncü dəfədir doğma Qarabağ diyarından deyir: “Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”. Prezident İlham Əliyev öz təbrikini “Qarabağ Azərbaycandır!” sözləri ilə bitirərək bir daha Ermənistana mesaj verdi.  Novruz günlərində düşmən dövlət sülhə çağırış olundu”.