ADİİM layihəyə yekun vurub

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "50 milyondan çox insanı birləşdirən atribut - Azərbaycan dili" mövzusunda layihəyə yekun vurub.

Layihənin məqsədi milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafına xidmət etmək idi.

QHT 3 aylıq (iyul-sentyabr) layihə çərçivəsində internet resursları üzərindən həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin saflaşdırılması və qorunması istiqamətində təbliğat aparıb.

Layihə mövzusuyla bağlı hazırlanan 5 yazının hər biri 10 yerli internet resursunda, eyni zamanda daha çox soydaşımızın yaşadığı Gürcüstan və Avropa ölkələrinin birində - Polşada fəaliyyət göstərən 2 internet resursunda Azərbaycan dili bölməsində ümumilikdə 54 yazının dərc edilməsi nəzərdə tutulsa da, müxtəlif saytlarda daha 16 yazı artıq dərc edilib.

Dərc edilən bütün yazılar sosial şəbəkə, qrup və səhifələrdə paylaşılıb.