"Dostlarım zəng edib deyirlər ki, oktyabr ayında diplomatik "sertifikatlar"ın veriləcəyi hansısa tədbirdə "iştirak edəcəyəm".
Sabahinfo.az xəbər verir ki, bunu "Facebook" hesabında keçmiş XİN rəhbəri Tofiq Zülfüqarov yazıb.
O, hansısa şəxslərin adından sui-istifadə etməyə çalışdıqlarını vurğulayıb:
"Əziz dostlar, mən belə şeylərlə məşğul olmuram və adım razılığım olmadan istifadə olunur. Xahiş edirəm bu məlumatı nəzərə alın".