Altıncı çağırış Milli Məclisin bir illik fəaliyyətinə jurnalist baxışı

Altıncı çağırış Milli Məclisin fəaliyyətə başlamasından bir il ötür. Bu müddət ərzində öz fəaliyyətini yüksək səviyyədə həyata keçirən, qarşıya qoyulan məqsəd və vəzifələrin öhdəsindən gələn Milli Məclis eyni zamanda bir sıra məqamlarla yadda qaldı. İlk öncə onu qeyd edək ki, COVİD 19 pandemiyası dövründə belə işinə ara verməyən, fəaliyyətini pandemiyanın tələblərinə quran qanunverici orqanda həm Pleniar iclasların keçirilməsi, həm komitə həm də biz jurnalistlərin normal fəaliyyəti üçün bütün şərait yaradılıb.

Milli Məclisin sədri Sahibə Qafarovanın göstərişi ilə jurnalistlərin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün bir sıra addımlar atılıb. Media otağı istifadəyə verilib ki, bruada jurnalistlər müsahibələr götürə, deputatlardan açıqlamalar ala bilərlər. Bu arada qeyd etmək yerinə düşər ki, Milli Məclisin saytı yeni dizaynda fəaliyyətə başlayıb ki, bu sayt vasitəsi ilə Milli Məclisdə qəbul olunan qərarlar, fəaliyyət və digər məsələlər barəsində ətraflı və dolğun məlumat almaq olar.

Ümumilikdə onu bildirim ki, tanınmış siyasi və ictimai xadimlər, alimlər və mütəxəssislər, ədəbiyyat və mədəniyyət xadimlərindən ibarət olan altıncı çağırış Milli Məclisi həm də mötəbər hadisəyə şahidlik edib. Belə ki, vətən müharibəsi ilə bağlı cənab Prezidentin “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanının təsdiq edilməsi və bu fərmanın qəbulundan sonra Müzəffər Ordumuzun bizə qləbə sevincini yaşatmasına zəmin yaradan ali orqan öz aktivliyi ilə seçilir. Milli məclisdə təmsil olunan deputatlar jurnalistlərlə daimi olaraq təmasdadırlar. Sosial şəbəkə üzərindən davamlı paylaşımlar olunur ki, bu da deputat fəaliyyəti ilə bağlı cəmiyyətdə informasiya bolluğunun yaranmasında mühüm şərtdir.

Ədil Ədilzadə

SABAHİNFO.AZ saytının parlament müxbiri