“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

“Azərbaycan Gözəli-2023” Milli Gözəllik Müsabiqəsinin qalibi Fəridə Əhmədovaya yerli prodakşn şirkətləri tərəfindən seriallarda çəkilmək təklifləri edilib.

Fəridə Əhmədovanın saytımıza verdiyi məlumata görə, bir neçə yerli prodakşn şirkətinin prodüserləri onunla əlaqə saxlayaraq serial layihələrində iştirakı ilə bağlı təkliflərini irəli sürüblər.

Azərbaycan gözəli ona ünvanlanan təklifləri nəzərdən keçirdiyini və hələlik qərar vermədiyini bildirib.

Qeyd edək ki, Fəridə Əhmədova 2023-cü ildə keçirilən “Azərbaycan Gözəli” Milli Gözəllik Müsabiqəsində birinci yerin qalibi olub.