Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 101-ci il dönümü qeyd edilib

Mart ayının 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün 101-ci il dönümünü qeyd etdi. 2008-ci il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti, AzQAC-ın Fəxri üzvü, Zati-aliləri, cənab İlham Əliyevin “Qızıl Aypara gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, bu əlamətdar gün respublikanın bütün bölgələrində təntənə ilə qeyd edilir. Bu münasibətlə  AzQAC bir sıra silsilə tədbirlər həyata keçirdi. İlk olaraq, Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun rəhbərliyi ilə Cəmiyyətin əməkdaşları AzQAC-ın Fəxri üzvü, Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin  məzarını ziyarət etmiş və əklil qoymuşdur. Cəmiyyətin məsul şəxslərinin və könüllülərinin iştirakı ilə AzTV-nin Telesəhər verilişində Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumat, xüsusi könüllülər tərəfindən İlk yardım vərdişləri nümayiş etdirilmişdir.

AzQAC-ın baş ofisində bu münasibətlə AzQAC İdarəetmə Şurasının geniş tərkibli iclası keçirilmiş, bir sıra məsələlər müzakirə edilmiş, təklif və rəylər dinlənilmiş, mühüm  qərarlar qəbul edilmişdir.

Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun rəhbərliyi keçən iclasda bir sira məsələlərə toxunuldu.Belə ki, Dr.Novruz Aslanov istər tərəfdaşlarımızla əməkdaşlığın yüksək səviyyədə qurulmasından , Cəmiyyət tərəfindən pandemiya dövründə öz missiyasına və mandatına uyğun olaraq, əhali arasında maarifləndirmə işi aparmış, ehtiyaclı insanlara, tənha, kimsəsiz, yaşı 65-dən yuxarı olan qocalara, miqrantlara humanitar yardımlar paylanılmasını və  humanitar faəliyyətlərin aparılmasını çox yüksək qiymətləndirdi.

Cənab Novruz Aslanov eyni zamanda çıxışında bildirdi ki,  44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı ərazilərdə zərər çəkmiş mülki əhaliyə ərzaq, qeyri-ərzaq, sanitar-gigiyenik məhsullar, yataq və mətbəx dəstləri ilə dəstək olunmuşdur. Bu humanitar missiyanın həyata keçirilməsində AzQAC fasiləsiz olaraq fəaliyyət göstərmişdir.

Sonda  bu münasibətlə Cəmiyyətin fərqlənən əməkdaşları fəxri fərmanla təltif olundular.

IMG-0706

IMG-0714