Cəlilabad rayon Cəlayir yarımstansiyasında qanunsuzluqlar son həddə çatıb

Sabahinfo.az Kanal15.tv istinadənxəbər verir ki,Cəlayir yarımstansiyanın müdiri Nadirov Nadir qanunsuz işlərlə məşğuldur. Beləki abonentlərin qanunsuz olaraq işıqların kəsir və qeyri-qanuni yığılmış”debütor” borcları ilə hədələyir.Bir ərazidə yüzlərlə debütor borcu olanlar varsa demək hamısının işıqları kəsilməlidi. Bəs nə məqsədlə bir abonenti yada iki abonentin işığını kəsirsən ay müdir?

Abonentin işıqlarının kəsilməsi qanuni qayda ilə müəyyən olunur.

"9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə dayandırılmalıdır.”

Yəqinki müdirin bu müddəadan xəbəri yoxdur yada ki,heç oxumayıb. Qeyri qanuni sayğacdan kənar elektirik enerjisi satışını həyata keçirən müdir və onun işçiləri öz vəzifələrini hələdə bilmirlər. Məsələn abonentlər işlətdikləri enerjinin pulunu poçta ödəmələrinin qarşısın alaraq qanunsuz olaraq özləri yığır və müəyyən miqdar ödənişləri azaldaraq abonentlərə borcların yığılmasını təmin edirlər.