Azərbaycanın Nepala göndərdiyi humanitar yardım ünvana çatıb
Prezident
İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti
adından Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən "BE-200ÇS” tipli
təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış
humanitar yardım ünvana çatdırılıb.
FHN-in
mətbuat xidmətindən verilən məlumata görə, prezidentin göstərişinin
icrasının davamı olaraq, 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı həmin
təyyarə ilə Nepalda təbii fəlakət zonasından təxliyə edilib.