Füzulidə Bayraq günü qeyd olundu

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Dövlət Bayrağı günü” ilə əlaqədar "Bayrağım-varlığım, bəxtiyarlığım” devizi adı altında hərbi vətənpərvərlik tədbiri keçirildi. Sabahinfo.az xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və ərazidə xidmət edən hərbi hissə əskər və zabitləri iştirak etdi. Tədbir Horadiz şəhərində Bayraq Meydanında keçirildi.