Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda yazıçı Narıngül Nadirin " Qar çiçəyi" kitabının təqdimat mərasimi keçirilib.
Sabahinfo.az xəbər verir ki, Narıngül Nadir( Babayeva Narıngül Nadir qızı) Oğuz rayonunda anadan olub. Təfəkkür Universitetinin filalogiya fakültəsini bitirib. İki şeir və nəsr kitabının müəllifidir.Azərbaycan Yazıçılar Birliyinin üzvidir.Hal-hazırda Qobustan jurnalında çalışır.
Tədbiri giriş sözü açan yazıçı dramaturq Elçin Hüseynbəyli təqdimata toplaşanları salamlayıb və yazıçı Naringülün yaradıcılığından danışıb.
Sonra çıxış edən tənqidçi Əsəd Cahangir kitaba daxil edilmiş hekayələrdən söz açaraq vurğuladı ki, bu kitabı oxuduqdan sonra bir daha bu qənaətə gəldim ki, Narıngül həm şair, həm də nasir kimi çağdaş yazarlar arasında seçilən imzalardan biridir.
Tədbirdə çıxış edən: Vaqif Yusifli, Vaqif Əlixanlı, Balayar Sadiq, Qulu Ağsəs, Zəka Vilayətoğıu, Təranə Vahid, Anar Vəziroğlu, Fərqanə, Məlahət Yusifqızı, Sevinc Nuruqızı, Şəfəq Sahibli, Arifə Əliyeva, Vəfa Mürsəlqızı və s. natiqlər Narıngülə öz ürək sözlərini bildirdilər.
Tədbir ədəbi diskussiya və müzakirələrlə davam etdi.