Türkiyə çətin sınaq qarşısında

"Avro-2016”-nın qrup mərhələsinin II turunun oyunları davam edir. Bu gün daha 3 oyun keçiriləcək. Günün ilk qarşılaşması E qrupunda keçiriləcək. Burada İtaliya və İsveç milliləri münasibətlərinə aydınlıq gətirəcək. Matç 17:00-da başlayacaq. Digər oyunlar isə D qrupunun komandaları arasında keçiriləcək. İlk görüşdə Çexiya və Xorvatiya yığmaları üz-üzə gələcək. Oyun 20:00-da start götürəcək. Günün son qarşılaşmasında isə Türkiyə millisi son Avropa çempionu İspaniya ilə üz-üzə gələcək. Turnirə uğursuz başlayan Fatih Terimin yetirmələri meydana azı 1 xal qazanmaq üçün çıxacaqlar. Yalnız bu halda türklərin 1/8 finala vəsiqə qazanmaq şansı qalacaq. Matçı 23:00-da başlayacaq. Avropa çempionatı Qrup mərhələsi, II tur 17 iyun E qrupu 17:00. İtaliya - İsveç Baş hakim: Viktor Kaşşai Yan xətt hakimlər: Györgi Rinq, Vensel Tot Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan) Dördüncü hakim: Klemen Turpin (Fransa) Tuluza. Tuluza şəhər stadionu. D qrupu 20:00. Çexiya - Xorvatiya Baş hakim: Mark Klattenburq Yan xətt hakimlər: Simon Bek, Ceyk Kollin Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə) Dördüncü hakim: Tasos Sidiropoulos (Yunanıstan) Sent-Etyen. "Joffrua Qişar" stadionu. 23:00. İspaniya – Türkiyə Baş hakim: Milorad Maziç Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Corcyeviç Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya) Dördüncü hakim: Aleksey Kulbakov (Belarus) Nitsa. Şəhər stadionu