"MTV Azərbaycan"a yeni İcraçı direktor təyin olunub.
Sabahinfo.az "Yurd.Media"ya istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Sevinc Tahirova təyin edilib.
Sevinc Tahirova sentyabr ayında "MTV Azərbaycan" telekanalının Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.
O, bu vəzifəsinə qədər "VMF Company" şirkətində Marketinq və PR Departamentinin rəhbəri kimi fəaliyyət göstərib.
Əvvəlki illərdə ölkənin aparıcı televiziya kanallarında da fəaliyyət göstərən S.Tahirova 2015-2016-cı illərdə ANS TV-də jurnalist, 2007-2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi vəzifələrində çalışıb.