Kürdəmir
rayonu elə coğrafi məkanda yerləşir ki, bu rayonun ərazində olmamaq mümkün
deyil. İstər şəhər istərsə də şəhər ətrafı ərazilərdə aparılan abadlıq və
quruculuq işləri isə sözün həqiqi mənasında göz oxşayır.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, 2015-ci ildə şəhərin bir sıra küçə və proskektlərində abadlıq işləri həyata keçirilib. Aparılan işlərdən sonra şəhərin Bakı prospektinin siması demək olar ki, təmamilə dəyişib. Yeni layihə əsasında prospekt boyu dekorativ hasar tikilib, prospekt boyunca yaşıllıqlar salınıb. Vətəndaşların normal hərəkəti üçün səkilər quraşdırılıb. Bu işlər şəhərin Heydər Əliyev, və Vaqif küçəsində də davam etdirilib.
Kürdəmir rayonunda təhsilin inkişafına xüsusi diqqət yetirilir. Məhz buna görədir ki, rayonda olan tədris müəssisələri yenidən təmir olunub, yeni uşaq baxçaları tikilib istifadəyə verilib. Atakişili kənd tam orta məktəbi ilə tanışlıq zamanı məlum oldu ki, burada şagirdlərin yüksək təhsil alması üçün bütün şərait var. Bununla yanaşı rayonda 100 yerlik uşaq baxçası tikilib ki, bu baxçada uşaqların vətənpərvər ruhda böyümələri üçün lazımı şərait yaradılıb.
Rayonda aparılan işlər zamanı tarixi keçmişimiz xüsusilə qorunur. Şəhərin dörd
yol ərazisində, mərkəzi hissəsində xarici ölkədə hazırlanmış "Alov” simvolik
monumenti qoyulub. Dairənin ətraf ərazisində qədim Azərbaycan tarixini
xatırladan qala divarı tikilib.
Vətəndaşların asudə vaxtlarının səmərəli keçirməsi üçün şəhərdə təxirə salınmaz işlər görülür. Bu işlərdən biri də şəhər mərkəzindəki "Qələbə” parkıdır. Həyata keçirilən abadlıq və quruculuq işləri zamanı park əsaslı şəkildə yenidən qurulub.
Eyni zamanda "Bayraq meydanı” kompleksinin tikintisi başa çatmaq üzərədir. Bununla yanaşı YAP Kürdəmir rayon təşkilatının inzibati binasının inşası başa çatdırılıb.
Kürdəmir rayonunda vətəndaşların mavi yanacağa ola tələbatı da tam şəkildə ödənilir. Hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 52 yaşayış məntəqəsi üzrə 12611 abonet təbii qazdan istifadə edir. Rayonun Ərşəli və Ərəbxana kəndlərində (cəmi abonentlərin sayı 379) artıq sayğaclaşma işləri başa çatdırılıb, abonentlərə mavı qazın verilməsi üçün son tamamlama işləri aparılır. Rayonun Karrar qəsəbə, Ərəbqubalı, Öyləqulu, Məhərrəmli, Çərtəyəz, Sor-Sor, Muradxan, Muğanlı, Qaramahmudlu, Pirili, Köhünlü, Şüşün, Şilyan və sairə kəndlərində müxtəlif diametrli qaz xətləri çəkilərək qazlaşma işləri davam etdirilir.
Aqrar sahədə isə ciddi irəliləyişlər müşahidə olunub. Belə ki, Rayonda taxıl istehsalının artırılması sahəsində ardıcıl işlər görülüb. Nəticədə bu il rayonun tarixində rekord miqdarda 109 min tondan çox məhsul istehsal edilib. Hektardan məhsuldarlıq 28,1 sentner olub ki, buda ötən ildəkindən 12 sentner çoxdur.
Aqrar sahədə görülən işlər toxumçuluq, heyvandarlıq və quşçuluq sahələrində də özünü daha qabarıq şəkildə göstərib. Ət, yumurta, süd və yun istehsalı əhəmiyyətli dərəcədə artıb.
Rayonda vətəndaşların işsizlik probelminin aradan qaldırılması yönündə davamlı addımlar atılır. İl ərzində bir sıra əmək yarmarkaları təşkil olunub. Əmək yarmarkasında rayonun 55 dövlət, qeyri dövlət təşkilatları və fiziki şəxslər boş(vakant) iş yerləri təqdim etməklə iştirak etmişlər.Onlardan 16 dövlət ,11 qeyri dövlət təşkilatları və 28 fiziki şəxslərdir.Təqdim olunmuş boş iş yerlərinin sayı 270 olmaqla 157 qulluqçu vəzifəsi, 62 fəhlə peşələri və 51 xidmət sahəsinə aiddir. Dövlət müəssisələrindən 182, qeyri dövlət 39, fiziki şəxslərdə 49 iş yerləri təqdim olunmuşdur.Bu müəssisələrdə minimum əmək haqqı 105 manat, maksimum əmək haqqı 270 manat təşkil edir.
Əmək yarmarkasında 780 nəfərdən çox rayon sakinləri iştirak edib ki, onlardan 124 nəfərə o ,cümlədən 42 dövlət, 49 nəfərə qeyri dövlət müəssisələrinə və 33 nəfər fiziki şəxslərdə işədüzəlmək üçün göndəriş verilmiş, 2 nəfər kvota yerlərinə,18 nəfər peşə hazırlığına ,20 nəfər içtimai işlərə cəlb olunub.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Cənab Ceyhun Cəfərov 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə danışarkən bildirib ki, 2016-cı ilin 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 2,8 faiz artaraq 65526,3 min manat, ümumi məhsul buraxılışının 55,1 faizi istehsal sahələrində 44,9 faizi xidmət sahələrində olub. Onun sözlərinə görə, Rayonda taxıl istehsalının artırılması üçün tədbirlər davam etdirilmişdir. Bu ilin məhsulu üçün ötən ilin payızında 13239 hektarda buğda, 26012 hektarda arpa olmaqla cəmi 39251 hektar sahədə taxıl əkilmişdir. Taxıl əkinləri 1,6 dəfə suvarılmış, 12000 hektardan çox sahədə ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılmış, 32400 hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmişdir. Toxumluq taxıl sahələrinə fərdi qaydada qulluq göstərilməsi təşkil olunub. Hazırda taxıl biçininə hazırlıq işləri görülür. Bu məqsədlə biçinə 64 kombayn hazırlanır və onların təmiri işləri aparılır. Rayonda taxıl biçinini vaxtında başa çatdırmaq məqsədi ilə kənardan əlavə 100-dən çox kombayn cəlb edilməsi üçün müqavilələr bağlanılır.
C.Cəfərov onu da deyib ki, ölkədə ixrac yönümlü məhsullardan olan pambığın və baramanın istehsalının artırılması respublikada yeni iş yerlərinin yaradılması ilə yanaşı ,onların xarici bazarlara çıxarılaraq satılması ölkənin valyuta ehtiyatlarının daha da artırılmasına müsbət təsir göstərir.2016 cı ildə pambıq əkini ilə əlaqədar olaraq rayonumuzda 1844 ha sahədə pambığın əkilməsinə başlanılmışdır. Hal-hazırda rayon ərazisində müvafıq yerlər ayrılmış , pambıq qəbul edəcək zavodla müqavilələr bağlanmış, şum işləri davam etdirilir: "Barama istehsalı ilə əlaqədar müvafiq tədbirlər görülür , təkliflər hazırlanır. 1200 ha sahədə tut bağlarının salınması planlaşdırılır. Rayonda 3000 hektardan çox plantasiya şəklində nar bağı salınmış, bu bağlardan 500 hektardan çoxunun müasir texnoloqiya ilə becərilməsi, damcılarla suvarılması təşkil olunmuşdur. Tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilmiş, 6 hektarda müasir istixana qurulmuş, əlavə 7 hektarda xırda istixanalarda tərəvəz yetişdirilir.Üzümçülük və digər bitkiçilik məhsullarının istehsalı və emalının genişləndirilməsi sahəsində ardıcıl işlər aparılıR. "Aqrolizinq” ASC-nin rayonda aqrotexservis mərkəzi fəaliyyət göstərir ki, onun mexaniki dəstələrində 45 traktor, 16 kombayn, ot biçən, taxıl səpən, ümumilikdə 60-dan çox traktor, digər kənd təsərrüfatı maşınları və avadanlıqlarından istifadə olunur. "Aqrolizinq” ASC tərəfindən rayon servisinə əlavə kombaynlar və traktorların verilməsi nəzərdə tutulmuşdur. Pambıq istehsalı ilə əlaqədar lazimi texnikaların alınması istiqamətində işlər aparılır. Aqrotexservis Mərkəzi və digər şirkətlər tərəfindən istehsalçılara 1000 tonadan çox güzəştli qiymətlərlə mineral gübrələr satılmışdır. Bundan əlavə 5 özəl aqrotexservis mərkəzi yaradılmış və burada da 120-dən çox traktor, kombayn və digər kənd təsərrüfatı texnikalarından istifadə olunur. Fiziki və hüquqi şəxslər tərəfindən 242 ədəd traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı işlərinin optimal müddətlərdə görülməsi mümkün olur. Kənd təsərrüfatına xidmət edən suvarma sistemləri idarələrinin də maddi texniki bazası möhkəmləndirilmiş, onlar müasir, yüksək manevr qabiliyyətli yerqazan texnikalarla təchiz olumnuşdur. Torpaqların su təminatının yaxşılaşdırılması sahəsində işlər görülür, bu ilin birinci rübündə 254 km kanal və 32 km dren şəbəkəsi lildən təmizlənmiş, 50 hidrotexniki qurğu, 9 nasos kompleksi, 3.6 km kanal əsaslı təmir olunmuşdur”.
Kürdəmirdə görülən işlərdən rayon sakinləri də xeyli razılıq edir. Rayon sakinləri ilə apardığımız söhbətlər zamanı məlum olub ki, vətəndaşların sosial problemləri demək olar ki, öz müsbət həllini tapmaqdadır.Biz də SABAHİNFO.AZ kollektivi olaraq rayon rəhbərliyinə həyata keçirdikləri bu müqəddəs missiyada uğurlar arzulayırıq.
Yusif Məhəmmədoğlu
