11-ci siniflər üçün monitorinq imtahanları başlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 13, 14, 15 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alanlar üçün Ana dili, riyaziyyat və fizika fənlərindən monitorinq imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindənverilən məlumata görə, monitorinq imtahanlarının keçirilməsi üçün Bakı və Sumqayıt şəhərlərində Azərbaycan dili fənnindən 194 məktəb üzrə12512, riyaziyyat fənnindən 191 məktəb üzrə12510, fizika fənnindən 260 məktəb üzrə16003 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanacaq. İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən isə 1 saatdır.

Qeyd edək ki, monitorinq imtahanları regionlarda (Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Biləsuvar, Salyan, Lənkəran, Quba, Qusar, Xaçmaz, Babək, Culfa) 18və19 apreltarixlərində aparılacaq.