Bu gün DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin insan alveri ilə bağlı maarifləndirmə üzrə tədbirlər planına uyğun olaraq Buzovna qəsəbəsində yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində növbəti tədbiri oldu.Tədbirdə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ruslan Alıyev çıxış edərək dövlət strukturlarının bu sahədə gördüyü tədbirlər, qanunvericilik və profilaktik mexanizmlər barədə iştirakçıları məlumatlandırdı və eyni zamanda bildirdi ki, insan alverinə qarşı real mübarizə yalnız hüquqi mexanizmlərlə deyil, həm də cəmiyyətin hər bir üzvünün məlumatlılığı ilə, mübarizəsi ilə, birgə fəaliyyətimizlə mümkündür. Tədbirdə çıxış edən "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova da öz çıxışında bildirdi ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da rəqəmsal platformalar üzərindən insan alverinə, fahişəliyə cəlb etməyə, istismara və digər qanunsuz fəaliyyətlərə rast gəlinir, artıq insan alverçilərinin çoxu sosial şəbəkələrə inteqrasiya olunub reklam dili ilə danışır, “yüksək maaşlı iş” təklifləri ilə qurbanlarına tələ qururlar. Buna görə də o, tələbələri məlumatlı olmağa , ayıq-sayıq olmağa çağırdı.