33 yaşlı qadın özünü doğradı

Şəkidə 33 yaşlı qadın intihara cəhd edib.

Sabahinfo.az bildirir ki,hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Şəki şəhər sakini, 1983-cü il təvəllüdlüNigar Elşad qızı Tahirovahələlik istintaqa məlum olmayan səbəbdən mayın 29-da intihar etmək məqsədilə kəsici alətlə sol qoluna bir neçə yerdən xəsarət yetirib. N.Tahirovaya Şəki Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.